Avqustun 15-də Vətən müharibəsi şəhidi Əli Məcid oğlu Medizadənin ad günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Qeyd edək ki, şəhid Əli Mehdizadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Şücaətinə görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!