Vətən müharibəsi şəhidi Həsənzadə Əbülhəsən Mirzə oğlunun ad günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin doğulub boya-başa çatdığı Havzova kəndində ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Əbülhəsən Həsənzadə 20 avqust 1997-ci ildə Lənkəran rayonunun Havzova kəndində anadan olub. Ailəsində 2 qardaş və 1 bacı olub 2003-2014-cü illərdə şəhid Aydın Əliyev adına Lənkəran rayon Havzova kənd tam orta məktəbində təhsil alıb. Təhsil müddətində 2012-2014-cü illərdə Lənkəran İslam Kollecində oxuyub. Hərbi xidmətini bitirdikdən sonra Rusiyada yaşayıb və işləyib. Subay idi.
Əbülhəsən Həsənzadə 2015-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun Qapanlı kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşub, Tərtər rayonu istiqamətində fərqlənib. 2017-ci ildə hərbi xidmətdən tərxis olunub.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlayıb, Əbülhəsən Həsənzadə səfərbər olunub. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Əbülhəsən Həsənzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əbülhəsən Həsənzadə 4 noyabr 2020-ci ildə Şuşa döyüşləri gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olub. 6 noyabr tarixində doğulduğu Lənkəran rayonunun Havzova kəndində dəfn olunub.
Şəhid Əbülhəsən Həsənzadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!