20:03

Şəhid Xəyal Əhədzadənin doğum günündə məzarı ziyarət olunub


Avqustun 21-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan Vətən müharibəsi iştirakçısı Xəyal Əlövsət oğlu Əhədzadənin doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.

Xəbər24.media bildirir ki, Xəyal Əhədzadə 1998-ci il avqustun 21-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olub. Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi idi. O, boks üzrə məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olmuşdur.

Hərbi xidməti Xəyal Əhədzadə 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb.

2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Şəhid Xəyal Əhədzadə haqq savaşımızda göstərdiyi cəsarətinə və şücaətinə Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq sağlığında “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları, Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlığa görə isə ölümündən sonra 3-cü dərəcəli Rəşadət ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!