Avqustun 24-də Vətən müharibəsi şəhidi Əhədzadə İmaməli Şəvəqqət oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Xəbər24.medianın məlumatına görə, İmaməli Əhədzadə 24 avqust 1997-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-2015-ci illərdə Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyada təhsil alıb. Qısa müddət bir neçə mülki işdə çalışdıqdan sonra hərbi xidmətə yollanıb. Subay idi.
İmaməli Əhədzadə 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından iştirak edərək fərqlənib. 2017-ci ildə ordudan tərxis olunduqdan sonra mülki fəaliyyətinə davam edib.
Azərbaycan Ordusunun əsgəri olan İmaməli Əhədzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. İmaməli Əhədzadə 28 sentyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub.
Şəhid İmaməli Əhədzadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!

[/center]