Noyabrın 21-də Qızılağac Milli Parkında Flaminqo Festivalı keçiriləcək. Bu barədə Xəbər24.mediaya Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov məlumat verib. Onun sözlərinə görə, səhər saatlarından başlayan tədbir axşam saat 18.00-a kimi davam edəcək.
Festivalın iş proqramından söz açan İ.Əzimov bildirib ki, qonaqların qarşılanması, festivala uyğun olan döş nişanlarının və papaqların təmin edilməsindən sonra Azərbaycanda Fəaliyyət göstərən Milli Parkların stendləri ilə tanışlıq, balıqartırma zavodu tərəfindən quraşdırılan böyük akvariumda balıqların nümayişi, İİİ nəşr “Qırmızı Kitab”ın təqdimatı, Eko viktorinanın keçirilməsi, Milli Parkın ərazisində canlı olaraq 12 ədəd Turac quşunun parka buraxılması, canlı flaminqo və digər su quşlarının nümayişi (parkın girişində olan göldə öncədən quşlar gətirilib buraxılacaqlar). təşkil olunacaq.
Bundan əlavə festival iştirakçıları tədbir boyu Milli Park ərazisində faytonla gəzəcək, həmçinin Qızılağac Milli Parkında yaradılmış yeni turizm marşrutunun təqdimatına qatılacaq və bu marşrut üzrə ilk dəfə “Quş bazarına” qayıqlarla ilə baş çəkəcəklər.
Festival çərçivəsində yerli suvenirlərin və əl işlərinin satış yarmarkası keçiriləcək, çay süfrəsi və qəlyanaltı (tədbir boyu) açılacaq, xatirə şəkilləri çəkiləcək.
İ.Əzimovun sözlərinə görə, festival Eeko turizm güşəsinin hazırlanması, ekstremal şəraitdə sağ qalmaq metodlarının nümayişi (əyani olaraq), ilanlarla davranış qaydalarının nümayişi (canlı ilanlarla), kvadrasiklların yarışı və s. proqramlarla da yadd qalacaq.
Tədbirin tərtibatı Flaminqo konseptinə (rənglər, dizayn və s. İşlər) uyğun təşkil olunacaq.