16:26

İcra başçısı şəhid qardaşının toy şənliyində iştirak edib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid Vüsal Hüseynovun qardaşı Orxan Hüseynovun toy şənliyində iştirak edib.

Xəbər24.medianın məlumatına görə, şəhid qardaşının toy şənliyində iştirakı özünə mənəvi borc bilən İcra başçısı çıxışı zaman şəhidin ailə üzvlərinə xeyir-dua verib, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışıb, dövlətimizin bütün imkanları ilə hər zaman onların yanında olduğunu vurğulayıb.

Şəhid atası Yəhya Hüseynov icra başçısını ailə üzvlərindən biri olaraq qəbul etdiklərini, onun hər zaman sevinclərinə və kədərlərinə şərik olduğunu ifadə edib.

Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğı və diqqətini hər zaman hiss etdiklərini bildirən şəhid atası onlara minnətdarlıqlarını ifadə edib.