Noyabrın 19-da şəhid Afərin Müqəddəs oğlu Qulamzadənin anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri Mamusta kənd qəbirstanlığında şəhidlərin məzarını ziyarət ediblər. Qəbiristanlıqdakı bütün şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb, ruhlarına dualar edilib.
İcra başçısı Taleh Qaraşov şəhid Afərin Qulamzadənin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, şəhid A.Qulamzadə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.