15:19

Şəhid Ülfət Babazadənin xatirəsi yad olunub

Noyabrın 20-də şəhid Ülfət Qabil oğlu Babazadənin anım günüdür. Xəbər24.medianın məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri rayonun Daştatük kənd qəbirstanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıb, ruhuna dualar ediblər.

İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.

Qeyd edək ki, şəhid Ü.Babazadə ölümündən sonra Ali Baş Komandanın sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.