15:47

Lənkəran Regional Perinatal Mərkəzdə tədbir

“Türk Kızılay” və “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin birgə layihəsi olan “Sevgi Boğçası” çərçivəsində Lənkəran Regional Perinatal Mərkəzdə tədbir keçirilib.

Xəbər24.medianın məlumatına görə, Türk-Azərbaycan Qızıl Aypara deliqasiyasının layihə rəhbəri Hüseyn Çıtak “Sevgi Boğçası” layihəsi haqqında geniş söz açaraq, layihənin məqsədinin 3-9 ayadək hamiləlik müddəti davam edən zahi qadınlara, doğuşdan sonra analara 0-1 yaş uşaqların inkişafı və sağlıqlı böyüməsi istiqamətində maarifləndirmə təlimlərinin həyata keçirilməsindən, həmçinin evə yazılan ana və körpələrin ehtiyacı olan bütün lazımi əşyaların hədiyyə olaraq verilməsindən ibarət olduğunu bildirib.

Hüseyn Çıtak layihənin digər məqsədinin uşaqların sağlıqlı böyüməsinə dəstək olmaq, keçirilən təlimlərlə riskləri ortadan qaldırmaq və bu şəkildə uşaq ölüm hallarının qarşısını almaqdan ibarət olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, sözü gedən layihə “Türk Kızılayı” tərəfindən Türkiyədə 100 ildən artıqdır ki, tətbiq olunmaqdadır. Azəbaycanda layihəyə yeni start verildiyini bildirən H.Çıtak Lənkəran rayonu da daxil olnaqla, respublikanın digər regionlarında 300 hamilə qadına dəstək olacaqlarını bildirib.

Tədbirin sonunda zahi qadınlara hədiyyələr təqdim olunub.