13:23

Altı ayda Nefçalada pərakəndə ticarət dövriyyəsi 0,2 faiz artıb

Ötən altı ayda Nefçalada pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,2 faiz artıb. Bu barədə məlumatı Xəbər24.mediaya Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov verib. Onun sözlərinə görə, 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 141610,5 min manatlıq, o cümlədən 65436,8 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 76173,7 min manatlıq qeyri-ərzaq malları satılıb.

2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,2 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 16,7 faiz azalıb, o cümlədən qeyri-ərzaq malları isə 21,4 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət 270,6 manat və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 2,5 manat az olub.