“Kiminsə toyunda çəkilib bu şəkil. Gözlərinin dərinliyində gizlənən hüznlü baxışlarla baxırsan kameraya. Kim bilir nələr keçir xəyalından, bulud gözlüm. Qapına gələn elçilər çox oldu. Amma heç biri xərçəng qədər güclü, israrlı olmadı ki, səni apara bilə…”
Mənə bacı qədər əziz olan sevimli rəfiqəm, dünyasını vaxtsız dəyişən Elnarə Əbilovanın isə xalası qızı Xatirə Xatunun statusda paylaşdığı bu fikirlər ürəyimi göynədib, cızdağımı çıxartdı.
Bu gün düz bir aydır, göz yaşlarım yanaqlarıma axır, ürəyimdəki qəm yükünü qələmə ala bilmirəm.
Oktyabrın 5-dir. Şəklində göründüyü kimi baxışlarından nur, məsumluq, çöhrəsindən həya, abır, ziyalılıq, saflıq yağan Elnarə balamız ayrı dünyadadır. Nə yazım ki, az da olsa anasına təsəlli olsun, atasını ovundura bilsin. Bəzən ata-anasına acığım da tutur. Doktor Ağa Əbilov qədər əli yüngül, ayağı sayalı az adam tapılar. Kimin uşağına əli dəyibsə tez şəfa tapıb.
Anası Vəzifə xanım Tibb Texnikumunu bitirsə də, savadı, qayğıkeşliyilə nəzərimizdə elə həkim vəzifəsindədir. Məktəbə azyaşlı getdiyindən onuncu sinfi bitirəndə pasport ala bilmir, ona görə də sənədlərini Tibb İnstitutuna götürmürlər. Texnikum təhsililə kifayətlənir. Səhiyyədə tibb bacısı işləsə də, ailə qurduğu Şilavar kəndində bu gün də sanki “təcili yardım”dır. Bir adam tapılmaz ki, onun qayğısını görməsin. Kənd həyatına uyğun olaraq bağ da əkir, toyuq-cücə də saxlayır, hətta inək də... 5 uşağın təlim-tərbiyəsi, təhsili də öz yerində.
Amma ciyərparalarını sağaltmağa nə atanın, nə ananın gücü çatmadı.
Deyirlər, Tanrı sevdiklərini öz dərgahına tez aparır. Görünür, Elnarə də Tanrının sevdikləri sırasındaymış.
Elnarə ailənin üçüncü uşağı idi. İki qızın ardıyca gələn Elnarə ayağı sayalı olub. Bacılarını qoşa qardaşlı eləyib. Uşaqların beşi də təlim-tərbiyələrilə ailəyə yalnız başucalığı gətiriblər. İradə, İlhamə, Elnarə və Murad Lənkəran Dövlət Universitetini, Mərdan isə Azərbaycan Dövlət Texniki Universitetini bitiriblər. Elnarəylə Murad bitirdikləri universitetdə magistratura təhsili də alıblar. Övladların hər biri bu gün həyatda layiqli mövqeyə malikdirlər.
“Bu ilin Bilik günündə hər yerdə olduğu kimi Lənkəran şəhər 8 saylı tam orta məktəbin kollektivi də məktəbə yığışdı. Gözüyaşlı kollektiv sevimli Elnarə müəllimin xatirəsini bir dəqiqəlik sükutla yad etdi, ruhuna dualar oxudu.
Bu gün Müəllimlər günüdür. Elnarə müəllimin ayrılığının isə düz bir ayıdır. Müəllim həmkarı Qumru Rəhimovanın paylaşdığı şəkillər adamın qrəyini parçalayır. Sinif rəhbəri olduğu IXb sinfinin müəllimləri, şagirdlər məktəbin direktoru İlqar Paşayevin təşəbbüsü ilə Elnarə Əbilovanın məzarı üstə gələrək tər çiçək dəstələri düzüblər, xatirəsini ehtiramla yad ediblər, ruhuna dualar oxuyublar.
Dünyaya hər kəs getmək üçün gəlir. Amma hər gedən bu sevgiylə anılmır, bu məhəbbətlə xatırlanmır. Dünya isə sevgiylə anılanlarla gözəldir. Unudulmaz xatirəsi qəlbimizdə əbədi yaşayacaq sevimli Elnarəmiz kimi.
Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru