Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri Vətən müharibəsi şəhidi İqbal Əhmədağa oğlu Bayramovun həlak olmasının ildönümü günündə məzarını ziyarət edərək önünə gül dəstələri düzüb ruhuna dualar ediblər.
Xəbər24.medianın məlumatına görə, İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb.
Şəhid ailəsinin üzvləri öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olub. 1998-ci ildən orduda xidmətə başlayıb və 2018-ci il yanvarın 14-də "mayor" hərbi rütbəsi ilə ehtiyata buraxılıb.
İqbal Bayramov 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-2005-ci illərdə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edib.
2005-ci ildə Daxili Qoşunların Qala qəsəbəsində yerləşən Təlim və Tədris Mərкəzində təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb. 2008-ci ildə təyinat əsasında Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsinə xidmətini davam edir. 2011-ci ildə "mayor" hərbi rütbəsi alaraq Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində çalışıb. Daha sonra isə 7 il ərzində Daxili Qoşunların Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.
İqbal Bayramov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 5-də qəhrəmancasına şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Bundan öncə isə o, III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" medalları ilə təltif edilib.
Evli idi, 1 qızı, 1 oğlu var.
Allah rəhmət eləsin.