21:50

Kollecdə “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi” mövzusunda təlim kursu keçirilib

Noyabrın 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yanında İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvü "Maarifpərvərlik" Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyi tərəfindən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllim və tələbə heyəti üçün “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi” mövzusunda təlim kursu keçirilib.

Xəbər24.medianın məlumatına görə, 90 nəfərin iştirak etdiyi tədbirdə təlimçi-ekspert Afiq Məlikov "İnsan alveri, insan qaçaqmalçılığı, insan alverinin ümumi formaları, insan alverinin başvermə səbəbləri, insan alverinə cəlbetmə yolları, insan alveri üzrə risk qrupları, insan alveri qurbanlarının ehtiyacları, insan alveri qurbanları ilə yarana biləcək tibbi, psixoloji və sosial (davranışdakı) fəsadlar, insan alverinə dair statistik məlumatlar, insan alverinə qarşı mübarizə üzrə milli qanunvericilik və beynəlxalq konvensiyalar, "Qaynar xətt - 152"" barədə geniş söz açaraq, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Sonda tədbir iştirakçıları üçün "İnsan alverinə qarşı mübarizə" adlı videoçarx nümayiş etdirilib.