Noyabrın 29-da Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara Regional Nümayəndəliyinin tərəfdaşlığı ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi yanında İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvü “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən Lənkəran şəhərində fəaliyyət göstərən “Secret” Kitab evində GİKM-in Lənkəran-Astara Regional Nümayəndəliyinin könüllüləri, o cümlədən Lənkəran Dövlət Universitetinin tələbələri üçün “İnsan alverinin potensial qurbanlarının maarifləndirilməsi” mövzusunda təlim kursu keçirilib.
Xəbər24.media bildirir ki, tədbirdə təlimçi-ekspert Afiq Məlikov “İnsan alveri, insan qaçaqmalçılığı, insan alverinin ümumi formaları, insan alverinin başvermə səbəbləri, insan alverinə cəlbetmə yolları, insan alveri üzrə risk qrupları, insan alveri qurbanlarının ehtiyacları, insan alveri qurbanları ilə yarana biləcək tibbi, psixoloji və sosial (davranışdakı) fəsadlar, insan alverinə dair statistik məlumatlar, insan alverinə qarşı mübarizə üzrə milli qanunvericilik və beynəlxalq konvensiyalar, “Qaynar xətt – 152” barədə geniş təqdimat keçirərək, tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb..
Sonda iştirakçılar üçün insan alverinə dair müxtəlif videoçarxlar nümayiş etdirilib.