Donald Tramp həbsxanaya getməyəcək, ona 200 min dollar girov təyin olunub. Bu barədə qərarı Corciniya məhkəməsi verib.
Amerika mediası qeyd edir ki, Tramp üçün iş üzrə digər müttəhimlərə nisbətən daha sərt şərtlər qoyulub.
Eks-prezidentə sosial şəbəkələr vasitəsilə və ya dolayısı ilə hər hansı formada digər təqsirləndirilən şəxsləri və ya şahidləri hədələmək qadağan edilib.
Əvvəllər bildirilmişdi ki, Tramp və 18 nəfərlik qrup Corciniyanın böyük jürisi tərəfindən 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdlərində ittiham olunub. Tramp 13 maddə, o cümlədən ştatın antireket və korrupsiya qanunlarını pozmaq, dövlət məmurlarının andını pozmağa təhrik etmək, saxtakarlıq və saxta sənədlər təqdim etmək üçün sui-qəsddə ittiham olunur.