11:08

Qabonda çevriliş: ordu hakimiyyəti ələ keçirdi

Qabonda hərbi çevriliş olub. Ordu bütün hakimiyyət institutlarını və seçkilərin nəticələrini ləğv edib.

Xəbər24.media xarici KİV-lərə istinadən bildirir ki, Qabonda əsgərlər mübahisəli seçkilərdən bir neçə gün sonra prezident Əli Bonqonun hökumətini deviriblər. Çərşənbə günü, avqustun 30-da bir qrup yüksək rütbəli zabit yerli televiziyada çıxış edərək hakimiyyəti öz əllərinə aldıqlarını elan ediblər. Dövlət Seçki Mərkəzi ölkənin hazırkı prezidenti Əli bin Bonqo Ondimbanın üçüncü müddətə yenidən seçildiyini açıqlayıb. Bundan sonra dövlət telekanalının efirinə əsgərlər çıxıb.

"Biz hazırkı rejimə son qoyacayıq. Biz əhalini sakit olmağa çağırırıq və Qabonun beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini yerinə yetirmək öhdəliyimizi bir daha təsdiqləyirik", - deyə hərbçilər bildirib.

Qabonun sərhədləri növbəti xəbərdarlığa qədər bağlıdır, əyalətin paytaxtı Librevildə atışma səsləri eşidilir.