Mərakeşdə ötən gecə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1037 nəfərə çatıb. Bu barədə “Əl-Ərəbiyyə” televiziya şirkəti və “Associated Press” agentliyi krallığın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Ölənlərin çoxu Mərakeş və beş qonşu əyalətdəndir.
Daha 1204 nəfər yaralanıb, onlardan 721-nin vəziyyəti ağırdır.
ÜST-ün Şərqi Aralıq dənizi ofisi zəlzələdən 300 min adamın təsirləndiyini təxmin edir.
“Ölənlərin son sayının bir neçə minə çatacağını gözləyirəm. Hər hansı güclü zəlzələdə olduğu kimi, daha çox insan tələfatına səbəb olacaq və axtarış-xilasetmə işlərini çətinləşdirəcək afterşokların baş verməsi ehtimalı var”, - deyə London Universitet Kollecinin geofiziki və iqlim təhlükələri üzrə fəxri professoru Bill MakQuayr bildirib. Güclü zəlzələlərin nadir hallarda baş verdiyi ərazilərdə binalar kifayət qədər güclü deyil, buna görə də onların bir çoxu dağılır, nəticədə böyük insan tələfatı olur, deyə o, vurğulayıb.