07:29

Mərakeş kralı üç günlük matəm elan edib

Mərakeş kralı VI Məhəmməd 1000-dən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra ölkədə üç günlük matəm elan edib. O, həmçinin krallığın dövlət bayraqlarının yarıya qədər endirilməsini əmr edib.

Bu barədə “Hespress” qəzeti məlumat yayıb.

Məlumatda deyilir: “VI Məhəmməd üç günlük milli matəm və dövlət bayraqlarının yarıya endirilməsini əmr edir."

Qeyd edək ki, Mərakeşdə baş verən zəlzələ qurbanlarının sayı 1037 nəfərə çatıb. Daha 1204 nəfər xəsarət alıb.

Mərakeşdə olan jurnalist Martin Cey RT India-ya bildirib ki, son 120 ildən çox müddətdə bölgədə ən böyük zəlzələ cəmi bir dəqiqə yarım davam edib.