14:53

Cənubi Koreyada it yeməyi qadağan etmək istəyirlər

Cənubi Koreyanın hakim və əsas müxalifət partiyalarından olan deputatlar it ətinin istehlakını qadağan edən xüsusi qanun qəbul etməyi planlaşdırırlar. TASS Bloomberg-ə istinadən xəbər verir ki, heyvan hüquqları müdafiəçiləri bu adət-ənənənin əleyhinədirlər.

Parlamentdə çoxluğa malik olan ana müxalifətçi Demokrat Partiyası parlamentin sonuncu növbəti iclasında bu qanunun qəbulunu təklif edib.

Prezident Yoon Suk-yeol-un mühafizəkar Xalq Gücü Partiyasının qanunvericiləri təklifi dəstəkləyib. Beləliklə, yemək üçün it bəsləyən fermerlərin etirazına baxmayaraq, qanunun qəbulu üçün kifayət qədər səs toplanıb.

“Cənubi Koreyada 10 milyona yaxın ailə ev heyvanları bəsləyir. İt yeməyi dayandırmağın vaxtıdır”, – hakim partiyanın siyasət komitəsinin rəhbəri Park Dae-chul deyib.

Son bir neçə ildə ölkədə it ətinin istehlakı kəskin şəkildə azalsa da, əvvəllər belə bir qadağanın tətbiqi cəhdləri it ferması və restoran sahiblərinin kəskin etirazı səbəbindən uğursuzluğa düçar olmuşdu.

Yerli medianın məlumatına görə, Cənubi Koreyanın birinci xanımı Kim Keon-hee praktikaya son qoymağa çalışır. Avqust ayında o, heyvan hüquqları müdafiəçiləri üçün keçirilən mətbuat konfransında it əti sənayesinin kökünü kəsənə qədər onlarla işləyəcəyini vəd edib.

Hakim mühafizəkar blok və ana müxalifət partiyası gələn ilin aprelində keçiriləcək parlament seçkilərinə hazırlaşır. Onlar it yetişdiricilərinə gəlir mənbələrinin itkisinə uyğunlaşmalarına kömək etmək üçün subsidiyalar təklif ediblər.