Dubaydan Milana uçan Emirates aviaşirkətinin 24 yaşlı sərnişini uçuş zamanı dünyaya uşaq gətirib. Bu barədə Sky News xəbər verir.
Nəşrin məlumatına görə, qadının sancıları başlayanda laynerin kapitanı sərnişinlərə müraciət edərək onların arasında cərrahın olub-olmadığını soruşub. Kişi sərnişinlərdən bir nəfər qadına mamalıq yardımı göstərib.
İran üzərindəki səmada 10 min metrdən çox hündürlükdə 3 kq ağırlığında uşaq dünyaya gəlib.
Eniş zamanı ana və uşağı təcili yardım qarşılayıb.
Hazırda qadının və körpənin vəziyyəti yaxşıdır.
Doğuşun ağrısız keçməsinə baxmayaraq, xüsusi komissiya hamilə qadının təyyarəyə necə buraxılması ilə bağlı araşdırmaya başlayıb. Beynəlxalq standartlara görə, hamilə qadınların 28 həftədən sonra uçuşu qadağandır. İstisnalara həkim razılığı ilə icazə verilir.
Bundan əvvəl məlum olub ki, “Aeroflot”un stüardessaları təyyarənin göyərtəsində olan körpənin həyatını xilas ediblər. Moskvadan Soçiyə uçarkən 13 günlük uşağın nəfəsikəsilib. Sərnişinlər arasında həkim olmadığı üçün stüardessalar reanimasiya ediblər. Nəticədə körpə sağ qalıb.