Azərbaycanın Milli Qəhrəmanı, şəhid Valeh Müslümovun doğum günü əlaqədar Lerik şəhərində tədbir keçirilib.
Xəbər24.medianın məlumatına görə, tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını və büstünü ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Milli Qəhrəmanı Valeh Əlizaid oğlu Müslümovun həyatı və döyüş yolu haqqında ətraflı məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi həmişə ehtiramla yad edilir, onların keçdiyi döyüş yolu bir nümunə kimi təbliğ olunur. Belə qəhrəmanlardan biri də Azərbaycan Milli Qəhrəmanı Valeh Müslümovdur. O, düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya apararaq əsl qəhrəmanlıq nümunəsi göstərib. Bu zaman aldığı ağır yaradan qəhrəmancasına həlak olub. Onun bu igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə Azərbaycan Milli Qəhrəmanı adını almış 11 nəfərdən biri də Valeh Müslümov olub.
Valeh Müslümovun adının əbədiləşdirilməsi ilə əlaqədar dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Belə ki, təhsil aldığı orta məktəbə və Lerik şəhərinin küçələrindən birinə onun adı verilib, büstü ucaldılıb.
Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşərək Vətən müharibəsinin qalib tərəfi kimi tarix yazıb, işğal altında olan torpaqlarımızın azad edilməsinə nail olub. Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdiriblər və öz qanları bahasına Vətən torpaqlarını azad ediblər.
Mərasimdə çıxış edən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amid Heydərovun atası Rəbbil Heydərov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq İsaqov və digərləri tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini, şəhidlərin doğum günləri münasibətilə tədbirlərin mütəmadi keçirildiyini, onların keçdiyi döyüş yolunun təbliğ olunduğunu bildiriblər. Şəhid Valeh Müslümovun əziz xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağını, Vətən övladlarının döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını vurğulayıblar.
Tədbirdə şəhidin adını daşıdığı şəhər 2 saylı tam orta məktəbin şagirdlərin ifasında ədəbi bədii kompozisiya nümayiş etdirilib.
Sonda Milli Qəhrəmanın atası Əlzaid Müslümov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qağıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.