15:02

Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub

Sentyabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun sərəncamı ilə İcra başçısının müavini-ictimai-siyasi məsələlər şöbəsinin üdiri vəzifəsinə yeni təyinat olub. Xəbər24.medianın məlumatına görə, sərəncama əsasən Ülviyyə Qalib qızı Əliyeva İcra başçısının müavini təyin olunub.

Qeyd edək ki, Ü.Əliyeva bu vəzifəyə qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.