İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlarla görüşüb.
Dövlət Xidmətindən verilən məlumata görə, qəbula gələnlər daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər. Qəbul zamanı bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə məlumat və izahatlar verilib.
Qeyd edək ki, vətəndaş qəbulunun digər şəhər və rayonlarda da keçirilməsi nəzərdə tutulur.