2022-ci il sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi zamanı qəhrəmancasına şəhid olan leytenant Vüsal Bəxtiyar oğlu Məlikovun il mərasimi keçirilib.
Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidin Almu kənd qəbirstanlığındakı məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.
Eyni zamanda qəbiristanlıqda respublikamızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid Natiq Namiq oğlu Tahirlinin də məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.
Daha sonra İcra başçısı şəhidin atası Bəxtiyar Məlikov və ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verərək, bütün şəhidlərimiz kimi, Vüsal Məlikovun da xatirəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildirib.