Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. Xəbər24.medianın məlumatına görə, İcra başçısı Taleh Qaraşovun sərəncamı ilə Emin Rzaqulu oğlu Quliyev İcra başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunub. E.Quliyev kollektivə təqdim olunub.
Qeyd edək ki, Emin Quliyev bu vəzifəyə qədər Lənkəran ŞİH-nin başçısı aparatında hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2020-ci ildə “Dövlət qulluğunda fərqlənməyə” görə medalı ilə təltif olunub.