Sentyabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Günəhir kənd inzibati ərazi dairəsinə daxil olan ucqar dağ kəndləri Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri ilə keçirib. Xəbər24.medianın məlumatına görə, səyyar qəbulda icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.
Ötən görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə yerli sakinləri məlumatlandıran Taleh Qaraşov Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların müraciətlərinə həssaslıqla yanaşıldığını, qaldırılan məsələlərin operativ həlli istiqamətində addımların atıldığını diqqətə çatdırıb. İcra başçısı dağ kəndlərinin əhalisinin qış aylarında istiliklə təminatı məsələsinə də toxunub. Sözügedən məsələnin hər zaman şəxsi nəzarətində saxladığını vurğulayan İcra başçısı bu il də oduncaqla təminat məsələsində heç bir problemin yaşanmayacağını bildirib.
Günəhir, Türkəncil və Qodəsə kəndlərinin sakinləri səmimi qəbula görə İcra başçısına təşəkkür ediblər. Onlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ucqar dağ kəndlərinin sakinlərinin qayğı və problemlərini daim diqqət mərkəzində saxladıqlarına görə minnətdarlıqlarını ifadə ediblər.
[center]