2024-cü ilin yanvar-sentyabr aylarında Neftçala rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17291,2 min manat vəsait ayrılıb və onun 16226,4 min manatı və ya 93,8 faizi dövlət sektoruna, 1064,8 min manatı və ya 6,2 faizi isə qeyri-dövlət sektoruna yönəldilib.
Bu barədə məlumatı Xəbər24.mediaya Neftçala rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov verib. Onun sözlərinə görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə əsas kapitala investisiya qoyuluşu 23011,0 min manat və ya 57,1 faiz azalıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 17072,3 min manatı və ya 98,7 faizi tikinti quraşdırma işlərinə sərf edilib. Hesabat dövründə rayon əhalisinin şəxsi vəsaiti hesabına 288 kv.m sahəyə malik 92,9 min manat dəyərində 3 fərdi yaşayış evləri tikilib istifadəyə verilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 86,7 faiz azdır.
Ş.Mənəfov bildirib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında rayonda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin dəyəri 9609,0 min manat təşkil edib və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1913,8 min manat və ya 24,9 faiz artıb. Cari ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 52,4 faizini sair işlər, 32,0 faizini cari təmir, 14,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 0,7 faizini isə əsaslı təmir işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.