14:14

Neftçala rayonu üzrə ticarətin əsas göstəriciləri

2024-cü ilin yanvar-sentyabr aylarında Neftçala rayonunda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 271687,4 min manat olmaqla 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,7 faiz artıb. Bunu Xəbər24.mediaya rayon Statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə rayonun qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-sentyabr aylarının səviyyəsini müqayisəli qiymətlərlə 1,8 faiz üstələyərək 267448,4 min manata bərabər olub, onun 82,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 239222,4 min manatlıq, o cümlədən 104205,0 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 135017,4 min manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə pərakəndə ticarət dövriyyəsində real ifadədə 0,1 faiz artım olub, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 14,9 faiz azalma, o cümlədən qeyri-ərzaq malları üzrə isə 15,9 faiz artım qeydə alınıb.