Qırx dörd gün davam edən və Zəfərlə başa çatan Vətən müharibəsində igidliyi və cəsarəti ilə seçilən qəhrəmanlarımızdan biri də “Azərbaycan bayrağı” ordenli şəhid Ülfət Babazadədir.
Xəbər24.medianın məlumatına görə, Ülfət Qabil oğlu Babazadə 2000-ci il fevralın 8-də Lənkəranın Daştatük kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra müstəqil həyata qədəm qoyan Ülfətin əsas amalı xalq, dövlət yolunda vicdanla çalışmaq olub. O, 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Sonra Cəlilabaddakı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin sırasında xidmət edib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızı azad etmək uğrunda Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb, Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşanın işğaldan azad olunmasında fəal iştirak edib. Müharibədə odun-alovun içindən zəfərlə çıxan gənc igidimiz düşmənin çoxlu sayda texnika və canlı qüvvəsini məhv edib. Cəsur döyüşçü Vətən müharibəsinin Azərbaycan Ordusunun qalibiyyətilə başa çatmasına cəmi 6 saat qalmış Şuşa şəhərinin yaxınlığında qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib...
Şəhid Ülfət Babazadnin xatirəsi Lənkəran rayonunda, doğulub boya-başa çatdığı Daşdatük kəndində əziz tutulur. Onun adının əbədiləşdirməsi üçün kəndin mərkəzində xatirə parkı, abidə kompleksi və bulaq inşa edilib.
Noyabrın 20-də Vətən müharibəsi şəhidi Ülfət Babazadənin anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri onun Daşdatük kənd qəbristanlığındakı məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar, ruhuna dualar ediblər.
İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhidin atası Qabil Babayev öz növbəsində ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, Ülfət Babazadə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.