Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin Lənkəran Regional İdarəsinin birgə təşkilatçılığı ilə Qızılağac Milli Parkında İkinci Flaminqo Festivalı keçirilib. Xəbər24.medianın məlumatına görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, ictimaiyyətin nümayəndələri, yerli və xarici turistlər iştirak ediblər.
Festival zamanı qonaqlar nümayiş olunan Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən sərgilərlə tanış olublar.
Eyni zamanda qonaqlara vəhşi təbiətdə sağ qalmaq yolları göstərilib, yerli sənətkarların və gənclərin festivalın mövzusuna uyğun hazırladıqları əl işlərinin, yerli mətbəx nümünələrinin nümayişi təşkil olunub, qonaqların qayıqlarla və safari maşınları ilə gəzintisi, körfəz ərazisində quş sürüsünü müşahidə etmək imkamı yaradılıb.
Festival çərçivəsində Qızılağac Milli Parkının körfəz ərazisinə 200 min körpə balıq buraxılıb.
Tədbirin bədii hissəsində Bakıdan dəvət olunan peşəkar sənət ustalarının və rəqs kollektivinin iştirakı ilə maraqlı konsert proqramı, gənclər üçün əyləncələr təşkil olunub.
Qeyd edək ki, festivalın əsas məqsədi Cənub bölgəsinin zəngin flora və faunasının təbliğ olunması, milli parkların turizm potensialının tanıdılması və yeni eko turizm məhsulunun yaradılması olub.