22:08

Masallıda ölümlə nəticələnən yol qəzası olub

Xəbər24.media “Report”a istinadən xəbər verir ki, hadisə Masallı-Digah-Təzə Alvadı avtomobil yolunun Banbaşı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Masallı rayon sakini Namiq Eynullayevin idarə etdiyi “VAZ 217030” markalı avtomobil Miri Ağayevin idarə etdiyi “VAZ 21043” markalı avtomobillə toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, qəza nəticəsində “VAZ 21043” markalı avtomobil yolun kənarındakı su kanalına aşıb və sürücü M.Ağayev hadisə yerində ölüb. Həmin nəqliyyat vasitəsində olan sərnişin İ.Seyfullayev və “VAZ 217030” markalı avtomobilin sürücüsü N.Eynullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Xəbər24.media
Şahidi olduğunuz hər hansı bir hadisəni, təklif və iradlarınızı saytın e-mail ünvanına göndərə bilərsiniz: xebermedia24@rambler.ru