10:18

Cəlilabadda qətl hadisəsi baş verib.

Hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Rayon sakini, 32 yaşlı Rəşad Aydın oğlu Aslanov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 38 yaşlı Şamo Şamil oğlu Əzimova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Hadisədən sonra R. Aslanov vəfat etmiş Ş. Əzimova məxsus avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Bu zaman o, hərəkətsiz halda olan digər iki avtomobilə də zərər vurub.

Rəşad Aslanov polisə gələrək könüllü təslim olub.

Hadisəni törədən şəxs bir neçə ildir ki, Rusiyada yaşayırmış. O, bir neçə gün öncə vətənə qayıdıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.


Xəbər24.media
Şahidi olduğunuz hər hansı bir hadisəni, təklif və iradlarınızı saytın e-mail ünvanına göndərə bilərsiniz: xebermedia24@rambler.ru