21:37

Priqojin Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri siyahısında olub

Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri siyahısında Yevgeni Priqojin də olub. TASS xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Bu gecə Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var”, - məlumatda deyilir.

Avqustun 23-də axşam saatlarında məlum olan Tver vilayətinin Boloqovski rayonunda qəza Kujenkino kəndi yaxınlığında baş verib. Biznes təyyarəsi Moskvadan Sankt-Peterburqa uçurdu.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə üç ekipaj üzvü və yeddi sərnişin olmaqla on nəfər olub. İlkin məlumata görə, onlardan heç biri sağ qalmayıb.