19:10

Cəlilabadda yol qəzası olub, ölən və xəsarət alan var

Ələt-Astara avtomobil yolunda ölümlə nəticələnən ağır qəza bş verib.

Xəbər24.media apa-ya istinadən xəbər verir ki, qəza Ələt-Astara magistralının 112–ci kilometrliyində, Cəlilabad rayonu ərazisində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin öldüyü, bir nəfərin xəsarət aldığı bildirilir. Yaralı rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.