16:49

Türkiyənin Bodrum kurortunda oteldə atışma olub

Türkiyənin Bodrum kurortunda oteldə atışma olub. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Hadisə avqustun 27-də Moskva vaxtı ilə saat 23:00-da Gəltürkbükü ərazisində baş verib. Ehtimallara görə, münaqişə otelə maşınla gələn 3 nəfərlə 3 qonaq arasında yaranıb.

Atışmanın qurbanı 28 yaşlı kişi olub. O, hadisə yerinə gələn həkimlər tərəfindən müayinə olunarkən dünyasını dəyişib. Zərərçəkənlər arasında 17 yaşlı yeniyetmə də var.

Nəşrin məlumatına görə, atışma otelin qonaqları və ərazidə yaşayan sakinlər arasında panikaya səbəb olub.

Şübhəlilər hadisə yerindən qaçıblar, polis onları axtarır. Onların şəxsiyyəti hələ müəyyən edilməyib.