13:04

Sel suları Astarada 2 avtomobil körpüsünü dağıdıb

Yağan güclü yağış nəticəsində yaranan sel suları Astara rayonu ərazisində 2 avtomobil körpüsünü yararsız vəziyyətə salıb.

Belə ki, 8 metr uzunluğa malik körpülərdən biri Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində, Pensər çayı üzərində, digər 24 metr uzunluğa malik körpü isə Siyəkü-Şəmətük avtomobil yolunun 1-ci kilometrində, Siyəki çayı üzərində yerləşir.

Yaranmış problemlərln həlli məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xüsusi texnikaları və canlı qüvvəsi təbi fəlakət zonasına səfərbər olunub.

Hazırda sözügedən istiqamətlərdə hərəkətin fasiləsizliyinin və təhlükəsizliyinin təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər aparılır.