15:13

Lənkəran-Lerik avtomobil yolunda daş uçqunları baş verib

İntensiv yağan yağışlar nəticəsində Lənkəran-Lerik avtomobil yolunun 20-23, 31-35, 41-42, 45-46-cı kilometrliklərində daş uçqunları baş verib.

Bu səbəbdən də yolda hərəkətin normal təşkilinə maneələr yaranıb.

Hazırda 52 saylı Lerik Yol İstismarı MMC-nin işçi heyəti və texnikaları yolun maneəsiz istifadəsi üçün bərpa və təmizlik işləri aparır.