18:57

Masallı sakini qətlə yetirilib

Masallıda qətl hadisəsi baş verib. Xəbər24.media bildirir ki, rayonun Musakücə kənd sakini, 25 yaşlı Elməddin Kərim oğlu Kərimovun kəsici-deşici alətlə xəsarətlər almasına dair xəstəxanaya məlumat daxil olub.

Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. Görülmüş zəruri tibbi yardımlara baxmayaraq E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.