23:24

Cəlilabadda sürücü qəzada yanaraq ölüb

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində ağır yol qəzası baş verib.

Xəbər24.media "Unikal"a istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.
İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Nəbiyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Lakin həkimlərin səyinə baxmayaraq, E.Nağıyev yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.