Astara rayonunun Şiyəkəran kəndinə gedən yolda torpaq sürüşməsi baş verib. Nəticədə 10-a yaxın fərdi təsərrüfata ciddi ziyan dəyib.
Belə ki, çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol tamamilə bağlanıb.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. Əraziyə yaxınlaşmaq qadağan edilib. Çünki sürüşmə hələ də davam edir.
Hazırda ağır texnikalar vasitəsilə Pensərçayın ərazidən keçən hissəsinin yatağı dəyişdirilir.