08:42

Lerikdə dağın yamacından silah-sursat aşkarlanıb

Lerik Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Lüləkəran kəndi ərazisində dağın yamacından silah-sursat tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Xəbər24.mediaya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidən 1 ədəd "AKS" markalı, 1 ədəd isə "AKM" markalı olmaqla ümumilikdə 2 ədəd avtomat və 5 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Lerik RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 1 nəfər rayon sakinindən lüləsi kəsilmiş ov tüfəngi, 5 nəfər rayon sakinindən isə müvafiq sənədləri olmadan qanunsuz saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.