21:28

Şəhid Xəyal Əhədzadənin xatirəsinə həsr olunmuş futbol turniri başa çatıb

Lənkəran rayonunun Separadi kəndindəki idman kompleksinin stadionunda şəhid Xəyal Əhədzadənin xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub.

Xəbər24.medianın məlumatına görə, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən və 9 gün davam edən turnirdə 16 komanda qüvvəsini sınayıb. Gərgin mübarizədən sonra Masallı rayonunun Kolatan kənd komandası ilə Lənkəran rayonunun Tükəvilə kənd komandası finala çıxıb.

Final görüşündə Kolatan komandası daha yaxşı nəticə göstərərək Tükəvilə komandasını 5:1 hesabı ilə məğlub edib.

Turnirin yekununda qalib komandalar təşkilat komitəsi tərəfindən mükafatlandırılıb.