12:24

Gömrüklə bağlı yenilik: bu üsüllar dəyişəcək

Gömrük dəyəri istiqamətindəki islahatlar sahibkarların əlavə xərc və vaxt itkisinin qarşısını alacaq.

Report xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini, “Beynəlxalq ticarət” işçi qrupunun rəhbəri Elnur Əliyev Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının bu gün təşkil etdiyi “Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusundakı konfransda çıxışı zamanı bildirib.

"İslahat prosesi davam edir, gömrük dəyərinin müəyyən edilməsinin üsüllarının tətbiqinə dair qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən olunacaq. Hazırda "Beynəlxalq ticarət" işçi qrupu çərçivəsində bu istiqamətdə işlər görülür.

İslahatdan bizim əsas gözləntimiz bir tərəfdən gömrük dəyərinin düzgün olmasını, digər tərəfdən isə dəyərinin qısa müddətdə və vaxtında müəyyən edilməsini təmin etməkdir. Bu baxımdan dəyişikliklər gömrük dəyəri ilə bağlı mübahisəli hal yarandıqda sahibkarlar üçün əlavə xərc və vaxt itkisinin qarşısının alınmasına, müvafiq dövlət orqanlarının resurslarının səmərəli istifadəsi məmur-sahibkar təmasının minimuma endirilməsinə düzdün gömrük dəyərinin müəyyən edilməsinə və mütərəqqi təcrübənin təkmilləşdirilməsinə şərait yaradacaq",- deyə E.Əliyev bildirib.