2024-cü il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Lənkəranda iqtisadi fəal əhalinin sayı 109411 nəfər olmuş, onlardan 102589 nəfərini məşğul əhali təşkil edib. Bu məlumatı Xəbər24.mediaya Lənkəran Rayon Statistika İdarəsinin rəisi Vaqif Mustafayev verib. Onun sözlərinə görə, cari il sentyabrın 1-i vəziyyətinə rayonda muzdla işləyənlərin sayı 22062 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 13240 nəfər, qeyri-dövlət sektorunda isə 8822 nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 15,9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,3 faizi emal sənayesində, 2,7 faizi tikintidə, 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 30,5 faizi təhsil, 24,3 faizi topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri, 11,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,8 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi istirahət, əyləncə və incəsənət, 1,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,9 faizi informasiya və rabitə, 1,4 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi yaşayışın təşkili və ictimai iaşə, 0,4 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,3 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
2024-cü ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,6 saat təşkil edib.
“Azərbaycan Respublikası Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Lənkəran rayonunda 2024-cü doqquz ayında 304 daimi yeni iş yeri açılıb. Daimi iş yerlərindən 169-u və ya 55,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 135-i və ya 44,4 faizi mövcud müəssisə və təşkilatlarda açılıb.