Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin (AMİCC) “Minimal invaziv cərrahiyyədə son nailiyyətlər” mövzusunda konfransı keçirilib.
Xəbər24.medianın məlumatına görə, tədbirdə Lənkəran, Şirvan, Hacıqabul, Saatlı, Biləsuvar, Cəlilabad, Salyan, Masallı, Yardımlı, Lerik və Astara rayonlarından 200-ə yaxın cərrah, uroloq və ginekoloq iştirak edib.
Konfransı giriş sözü ilə açan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev Lənkəranda bununla ikinci dəfədir ki, təşkil olunan belə möhtəşəm cərrahi konfransın keçirilməsinə görə AMİCC-nin prezidenti Qurbanxan Müslümova təşəkkürünü bildirib və rəhbərlik etdiyi mərkəzdə minimal invaziv cərrahiyyə sahəsində qazanılan nailiyyətlərdən danışıb.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov tədbirin əhəmiyyətindən bəhs edərək minimal invaziv cərrahiyyənin hazırkı durumu, yeniliklərin tətbiqinin həyata keçirilməsi haqqında konfrans iştirakçılarını məlumatlandırıb.
Konfransda həmçinin laparoskopik cərrahiyyənin, urologiyanın, ginekologiyanın, invazov radiologiyanın, bariatrik cərrahiyyənin ən aktual mövzuları barədə təqdimatlar baş tutub.
Daha sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasının əməliyyat blokundan iştirakçıların toplandığı zala canlı transliyasiya təşkil edilib. Canlı cərrahiyyədə professorlar Qurbanxan Müslümov və İslam Mahalov tərəfindən regionda icra edilməyən əməliyyatlar yerinə yetirilərək, bu əməliyyatların texnikası haqqında iştirakçılara geniş izahat verilib.
Tədbirin ikinci hissəsi panel müzakirələr və diskussiyalarla davam etdirilib.
Sonda iştirakçılara Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 8 DTT krediti olan sertifikatlar təqdim edilib.