19:17

Heydər Əliyev irsinin öyrənilməsi - Foto

Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi və Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə tədbir keçirilib.Tədbirdə Milli Qəhrəman Səfəralı Məmmədov adına Sərçuvar kənd orta məktəbinin lV, V və Vll sinif şagirdləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd milli sərvətimiz olan Heydər Əliyev irsini tanıtmaq, məktəblilərin diqqətinə çatdırmaq olub. Şagirdlər Oxu zalında 2003-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan edilməsi münasibətilə və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş sərgilərə baxıblar. Kitabxana fondunun tərkibi və istifadə qaydaları barədə şagirdlərə məlumat verilib. Məktəblilərin kitabxananın mahiyyəti, kitabların mühafizəsi və uşaq ədəbiyyatı ilə bağlı suallarına cavab verilib.





Xəbər24.media
Şahidi olduğunuz hər hansı bir hadisəni, təklif və iradlarınızı saytın e-mail ünvanına göndərə bilərsiniz: xebermedia24@rambler.ru