11:11

Masallıda taxıl yığımı davam edir

Həmişə olduğu kimi cari təsərrüfat ilində də Masallı rayonunda biçinə hərtərəfli hazırlıqdan sonra başlanılıb. Xəbər24.medianın məlumatına görə, bu mühüm kompaniyaya 29 kombayn, taxıldaşıyan texnika və başqa aqreqatlar cəlb edilib. Kombaynçılar cari mövsümdə 2800 hektar arpa zəmisinin məhsulunu biçəcəklər. Qısa müddətə 2500 hektardan çox sahə biçilib. Bu il hər hektardan 22,2 sentner arpa götürülüb.

Xırmandalı, Həsənli, Qızılağac fermerlərinin bu sahədəki uğurları daha sevindiricidir.