Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüblər. Bu haqda məlumatı Xəbər24.media Report.az-a istinadən verir.
Görüşdə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko və Polşa, Estoniya, Niderland, Almaniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan və Çexiyanın diplomatik nümayəndələri iştirak ediblər.
Görüş zamanı sabah Lənkəranda təşkil olunacaq “Eurovillage” Avropa Mədəniyyəti Festivalı ilə bağlı hazırlıq məsələləri müzakirə edilib.
İcra başçısı Lənkəranın 2017-ci ildən bəri bir çox müxtəlif tədbirlərə ev sahibliyi etdiyini xatırladıb.
O, bir neçə il əvvəl Lənkəranda Avropa Günü ilə bağlı təntənəli tədbirin keçirildiyini və bu bayramın şəhər sakinləri tərəfindən maraqla qarşılandığını söyləyib.
Bildirilib ki, “EU4culture” proqramının həyata keçirilməsi şəhərin mədəni və sosial inkişafına töhfə verir.
T.Qaraşov Lənkəranın zəngin tarixə və mədəniyyətə malik olduğunu bildirərək, şəhərin 2024-cü il üçün Azərbaycanın gənclər paytaxtı seçildiyini xatırladıb.