Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulunu Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Motalayataq kəndində keçirib.
Xəbər24.medianın məlumatına görə, İcra başçısı nümayəndəliyə daxil olan kəndlərdə dəfələrlə səyyar qəbullar keçirdiyini, qaldırılan problemlərin həlli üçün tədbirlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, əvvəlki görüşlərdə qaldırılan problemlərdən Taxtanakəran-Toradi avtomobil yolu cari təmir olunub, yol nişanları yenilənib, qəhrəman oğullarımızdan biri olan şəhid Pəncəli Teymurovun doğulduğu Azaru kəndinə asfalt yol çəkilib. Keçən ay da, bu ərazilərə gələrək Anbuba və Reqloba kəndlərində əhali ilə görüşdüyünü qeyd edən Q.Ağayev ərazinin dağlıq olduğu üçün şəraitə uyğun problemlərinin də olduğunu, amma bunların həlli üçün daim müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.
Kənd sakinləri rayonda və yaşadıqları kənddə son illər həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq ediblər. Onlar İcra başçısından pay torpaqlarının əkilməsindən ötrü texnikanın verilməsinə, kəndə qaz xəttinin çəkilməsinə, internet şəbəkəsinin yaradılmasına, münasib qiymətə odun yanacağı ilə təmin olunmalarına, avtomobil yolunun müəyyən hissələrində silinmiş ağ xətlərin yenilənməsinə köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərin icrası barədə tapşırıqlarını verərək, digərlərinin həlli ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlərin görüləcəyini bildirib.