22 iyul Milli Mətbuat Günü münasibəti ilə Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) rayonda fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib. Xəbər24.medianın məlumatına görə, Lənkəran ŞİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cavad Miriyev İcra başçısı Taleh Qaraşovun adından mətbuat işçilərini bayram münasibəti ilə təbrik edərək, onlara rayonun ictimai-siyasi həyatında baş verən informasiyaları doğru və operativ şəkildə ictimaiyyətə çatdırdıqları üçün təşəkkürünü bildirib.
Media nümayəndələri isə çıxışlarında bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğvi ilə bağlı fərmanından sonra kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verilib, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətləri müəyyən edilib.
Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın media nümayəndələrinə diqqət və qayğısından danışan natiqlər KİV-lərə birdəfəlik yardımların göstərilməsinin, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamların mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsi olduğunu vurğulayıblar.